Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş tədbir keçirilib

Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində iyun ayının 12-də YAP Nəsimi rayon təşkilatı tədbir keçirib.

Poliqon.info xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş video-çarx nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov ümummilli lider Heydər Əliyevin Prezident seçilməsi ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsasının qoyulduğunu qeyd etdi. Qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi olan ulu öndər Heydər Əliyev realist bir insan kimi hadisələrə praqmatik yanaşır, tarixi şəraitdən düzgün baş çıxarır, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Bu gün ölkəmizdə Ümummilli Liderin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində, Azərbaycan inkişaf edir. Prezident İlham Əliyev cənablarının son 20 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində ümummilli lider Heydər Əliyevin xidmətlərinin, onun əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var. Bu gün Azərbaycan Heydər Əliyev siyasətinin ən mahir davamçısı olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə yüksəliş yolunda inamla irəliləyir.
YAP Nəsimi rayon təşkilatının fəal üzvü, Ərazi Partiya təşkilatının sədri Xaliq Hüseynov Ulu Öndərin dövlət quruculuğu sahəsindəki xidmətlərindən danışdaraq bildirdi ki, məhz Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyindən sonra ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. X. Hüseynov ümummilli liderimiz Heydər Əliyevin dövlətçiliyimiz sahəsində gördüyü işlərdən danışaraq, onun dövlətçilik salnaməmizə yazdığı səhifələri bir daha diqqətə çatdırdı. Heydər Əliyev dövlət idarəçilik irsinin öyrənilməsi istiqamətində ölkəmizdə görülən işlərdən, gənclər qarşısında qoyduğu vəzifələrdən danışdı.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğuladı ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni eranın təməli qoyuldu: "Heydər Əliyevin ideyaları bugünkü güclü, zəngin, inkişaf edən Azərbaycanın, eləcə də ölkəmizin dünyada layiqli yer tutmasının əsasını qoydu. Ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qoyulması deməkdir".
B.Muradova əlavə edib ki, Bu gün Prezident İlham Əliyev cənabları tərəfindən müvəffəqiyyətlə aparılan Azərbaycanın qazandığı nailiyyətlər, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı ulu öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır.

Tədbirdə həmçinin, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdirinin müavini Rafael Gülməmmədov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini Asif İmaməliyev və yerli və mərkəzi icra orqanınlarının nümayəndələri, rayon üzrə ali təhsil müəssisələrinin rəhbərlikləri və ərazi partiya təşkilatlarının nümayəndələri iştirak edirdilər.

Sonra rayonun Partiya sıralarına yeni daxil olan 44 günlük Vətən müharibəsi iştirakçılarına partiya vəsiqələri təqdim olunub.

Tədbir bədii hissə ilə davam etdi.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar